...

Lənkəran və Masallı rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 16 May 2012 17:49 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar olaraq 17 may 2012-ci il tarixdə saat 10:00-dan 14:00-dək "Xarxatan", 15:00-dan 19:00-dək isə "Alvadı" qazpaylayıcı stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
Lənkəran və Masallı rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 16 may /Trend/

Təmir işləri ilə əlaqədar olaraq 17 may 2012-ci il tarixdə saat 10:00-dan 14:00-dək "Xarxatan", 15:00-dan 19:00-dək isə "Alvadı" qazpaylayıcı stansiyasından təbii qaz təchizatı dayandırılacaq.

Trend "Azəriqaz" İB-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri müddətində Liman şəhəri də daxil olmaqla, Lənkəran rayonunun Separadi, Şağlaser, Vilvan, Cil, Xarxatan, həmçinin Masallı rayonunun Təzə Alvadı, Köhnə Alvadı, Əhmədli, Təklə, Ləngan, Meşəkənarı, Bambaşı, Böyük Xocavar, Çaxırlı və Ağakişibəyli kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Xəbər lenti

Xəbər lenti