...

İsmayıllı rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 17 İyul 2012 22:00 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar olaraq 18 iyul 2012-ci il tarixdə saat 10:00-dan 17:00-dək “İsmayıllı” və “Talıstan” Qazpaylayıcı Stansiyalarında təbii qaz təchizatı dayandırılacaq.
İsmayıllı rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Təmir işləri ilə əlaqədar olaraq 18 iyul 2012-ci il tarixdə saat 10:00-dan 17:00-dək "İsmayıllı" və "Talıstan" Qazpaylayıcı Stansiyalarında təbii qaz təchizatı dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Təmir işləri aparılan müddətdə İsmayıllı şəhərinə, eləcə də rayonun Talıstan, Təzəkənd, Yeniyol, Buynuz və Topçu kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Xəbər lenti

Xəbər lenti