...

ARDNŞ müəssisələrində növbəti ekoloji monitorinq aparılıb

Energetika Materials 10 Noyabr 2012 12:45 (UTC +04:00)
Ekologiya İdarəsinin 2012-ci ilin iş proqramına uyğun olaraq, idarə tərəfindən Dövlət Neft Şirkətinin tabeliyində olan idarə və müəssisələrində, eləcə də pay bölgüsü sazişi üzrə birgə müəssisə və əməliyyat şirkətlərinin ərazilərində istehsal prosesləri zamanı əmələ gələn bərk, maye və qaz halında olan çirkləndiricilərin kəmiyyətinə və keyfiyyətinə nəzarət etmək, hava, torpaq və su mühitlərinin çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini tədqiq etmək və mənfi təsirlərin qarşısının alınması və müvafiq tədbirlərin görülməsi üçün təkliflərin verilməsi məqsədi ilə kompleks ekoloji monitorinq xidmətləri həyata keçirilir.
ARDNŞ müəssisələrində növbəti ekoloji monitorinq aparılıb

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

ARDNŞ-nin müəssisələrində növbəti ekoloji monitorinq aparılıb.

ARDNŞ-nin Ekologiya İdarəsinin 2012-ci ilin iş proqramına uyğun olaraq, idarə tərəfindən Dövlət Neft Şirkətinin tabeliyində olan idarə və müəssisələrində, eləcə də pay bölgüsü sazişi üzrə birgə müəssisə və əməliyyat şirkətlərinin ərazilərində istehsal prosesləri zamanı əmələ gələn bərk, maye və qaz halında olan çirkləndiricilərin kəmiyyətinə və keyfiyyətinə nəzarət etmək, hava, torpaq və su mühitlərinin çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini tədqiq etmək və mənfi təsirlərin qarşısının alınması və müvafiq tədbirlərin görülməsi üçün təkliflərin verilməsi məqsədi ilə kompleks ekoloji monitorinq xidmətləri həyata keçirilir. Bu barədə Trend idarənin saytına istinadən məlumat verir.

Həyata keçirilən ekoloji monitorinq işlərinin davamı olaraq Ekoloji Monitorinq Departamenti tərəfindən oktyabrın 15-dən noyabrın 7-dək ARDNŞ-nin istehsal müəssisələrindən - "Azneft" İB-nin Abşeron yarımadasında yerləşən NQÇİ-lərində, "Azərikimya İB və "Azəriqaz" İB-nin obyektlərində, həmçinin birgə müəssisə və əməliyyat şirkətlərinin saziş ərazilərinin istehsal sahələrində ətraf mühitin hazırkı vəziyyətinin qiymətləndirilməsi məqsədilə ekoloji monitorinq aparılıb, çirkləndiricilərin kəmiyyətinə və keyfiyyətinə nəzarət etmək məqsədilə hava, torpaq və su nümunələri götürülüb.

Götürülmüş nümunələr Kompleks Tədqiqatlar Laboratoriyasında analiz edildikdən sonra alınmış nəticələrə əsasən hər bir müəssisə üzrə analitik təhlillərin aparılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti