...

ARDNŞ Xəzərdə ekoloji monitorinq aparıb

Energetika Materials 15 Noyabr 2012 15:51 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi Xəzərin Azərbaycan sektorundakı "Ələt Dəniz" və "Bulla Dəniz" yataqlarında ekoloji monitorinq keçirib.
ARDNŞ Xəzərdə ekoloji monitorinq aparıb

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi Xəzərin Azərbaycan sektorundakı "Ələt Dəniz" və "Bulla Dəniz" yataqlarında ekoloji monitorinq keçirib. Bu barədə Trend İdarənin saytına istinadən məlumat verir.

Hər iki yataq "Azneft" İB-nin N.Nərimanov adına NQÇİ-nin balansındadır.

Monitorinq müddətində Xəzər dənizinə təsir edən parametrlərin müəyyənləşdirilməsi üçün sözügedən yataqlarda nəzərdə tutulmuş stansiyalardan dəniz suyu, zooplankton, fitoplankton və dib çöküntüsü nümunələri götürülüb. Monitorinq zamanı, həmçinin su mühitinin fiziki-kimyəvi xarakteristikaları öyrənilib, dəniz axınlarının sürət və istiqaməti ölçülüb, ərazinin meteoroloji tədqiqatı aparılıb.

Geniş təhlillərin aparılması və məlumatların elmi əsaslandırılması üçün toplanmış tədqiqat materialları Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti