...

Azərbaycan Gürcüstana qaz tədarükünü artırıb

Energetika Materials 2 Dekabr 2012 10:28 (UTC +04:00)
Noyabrın 30-na olan məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstana sutkada 5 milyon kubmetr qaz nəql edir.
Azərbaycan Gürcüstana qaz tədarükünü artırıb

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir E.İsmayılov/

Noyabrın 30-na olan məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstana sutkada 5 milyon kubmetr qaz nəql edir.

Noyabrın 6-na olan məlumata görə isə bu rəqəm 4 milyon kubmetrdən çox təşkil edib. Bu barədə cümə günü Trend-ə ARDNŞ-dəki mənbə bildirib.

"Gürcüstana qaz tədarükü artıb və hazırda sutkada 5 milyon kubmetr təşkil edir", - mənbə qeyd edib.

Mənbənin sözlərinə görə, İrana "svop" əməliyyatları çərçivəsində həyata keçirilən qaz tədarükü davam edir və hazırda bu göstərici sutkada 1,2 milyon kubmetr təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti