...

Sabunçu, Yevlax və Mingəçevirin qaz təchizatı məhdudlaşdırılıb

Energetika Materials 24 İyun 2013 13:44 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar 24 iyun 2013-cü il tarixdə saat 10:00-dan 19:00-dək "Nardaran2 Qazpaylayıcı Stansiyasından qidalanan "Savalan" ölçü qovşağında, saat 11:00-dan 19:00-dək isə "Mingəçevir” Qazpaylayıcı Stansiyasından Mingəçevir şəhərinə və Yevlax rayonunun Tanrıqulular kəndinə gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
Sabunçu, Yevlax və Mingəçevirin qaz təchizatı məhdudlaşdırılıb

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir E.Əliyev/

Təmir işləri ilə əlaqədar 24 iyun 2013-cü il tarixdə saat 10:00-dan 19:00-dək "Nardaran2" Qazpaylayıcı Stansiyasından qidalanan "Savalan" ölçü qovşağında, saat 11:00-dan 19:00-dək isə "Mingəçevir" Qazpaylayıcı Stansiyasından Mingəçevir şəhərinə və Yevlax rayonunun Tanrıqulular kəndinə gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azəriqaz" İstehsalat Birliyinin yaydığı məlumatda deyilir.

Təmir işləri aparılan müddətdə Sabunçu rayonunun Nardaran kəndinə, Mingəçevir şəhərinə və Yevlax rayonunun Tanrıqulular kəndinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti