...

Yeni Azot-oksigen kompleksi azot və oksigenə olan tələbatı tam ödəməyə imkan verir

Energetika Materials 5 İyul 2013 02:43 (UTC +04:00)
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda may ayında işə salınmış yeni Azot-oksigen kompleksi ilk istehsalat ayını uğurla başa vurub.
Yeni Azot-oksigen kompleksi azot və oksigenə olan tələbatı tam ödəməyə imkan verir

Azərbaycan, Bakı, 5 iyul /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda may ayında işə salınmış yeni Azot-oksigen kompleksi ilk istehsalat ayını uğurla başa vurub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, yeni qurgu Etilen-polietilen zavodunun azot və oksigenə, Təmir-tikinti İdarəsinin isə oksigenə olan tələbatını tam həcmdə və yüksək keyfiyyətlə ödəməyə imkan verib. Ötən müddətdə layihə gücündə işləyən yeni kompleksdə elektrik enerjisi sərfi əvvəlki qurğu ilə müqayisədə 5 dəfə az olub. Bu, ilk növbədə, 1987-ci ildən - 25 ildən artıq istifadədə olmuş köhnə qurğunun yüksək enerji tutumuna malik elektrik mühərriklərinin, nasos və kompressorların əvəzinə Azot-oksigen kompleksində həmin elektrik avadanlıqlarının qənaət rejimində işləyən, minimum enerji tutumuna malik müasir analoqlarının və innovativ texnologiyaların tətbiqi sayəsində mümkün olub.

Yeni kompleksin bütün sistemləri - havatəmizləmə bölməsi, havaayırma bloku, yüksəktəzyiqli azot-kompressor, həmçinin istehsal olunmuş azot və oksigenin toplandığı bölmələr, kompüter vasitəsilə idarə edilir. Bu isə yeni kompleksin sutka ərzində 25 nəfərlik xidmət personalı ilə idarə olunmasına imkan verir ki, bu da əvvəlki qurğuya nisbətən 2,5 dəfə azdır.

Xəbər lenti

Xəbər lenti