...

Sənaye və Energetika Nazirliyi: Azərbaycan ətraf mühitin qorunmasına böyük önəm verir

Energetika Materials 25 Sentyabr 2013 13:24 (UTC +04:00)
Azərbaycan sənaye istehsalının inkişafı çərçivəsində ekoloji təhlükəsizlik məsələsinə böyük önəm verir.
Sənaye və Energetika Nazirliyi: Azərbaycan ətraf mühitin qorunmasına böyük önəm verir

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan sənaye istehsalının inkişafı çərçivəsində ekoloji təhlükəsizlik məsələsinə böyük önəm verir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Greenevo - Yaşıl texnologiyaların akseleratoru" seminarında çıxışı zamanı sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda tikilən müəssisə və zavodlar müasir texnologiyalar bazasında yaradılır ki, bu da o cümlədən ekologiya və ətraf mühitin qorunmasını hədəfləyir.

Azərbaycanda yüksək texnologiyaların inkişafı və ölkədə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə çərçivəsində Dövlət agentliyi yaradılıb. Nazir müavininin sözlərinə görə, agentliyin əsas hədəflərindən biri ölkədə alternativ enerjidən istifadənin 20 faizə çatdırılmasıdır.

Cavadovun sözlərinə görə, Azərbaycanda alternativ enerjinin inkişafı istiqamətində yeni layihələr reallaşdırılır, müəssisələr yaradılır və perspektivdə hətta xüsusi ixtisaslaşdırılmış texnoloji parkın yaradılması planlaşdırılır.

Seminarda çıxış edən Polşanın Azərbaycandakı səfiri Mixal Labenda bildirib ki, Polşa "yaşıl" texnologiyalarının inkişafına görə Avropada lider ölkələrdən biridir. Polşa bu istiqamətdə inkişafı prioritet hesab edir və "yaşıl" texnologiyaların inkişafı sahəsində toplanan təcrübəni bölüşməyə hazırdır.

Polşanın Ətraf Mühit Nazirliyi tərəfindən həyata keçirilən "GreenEvo" layihəsinin hədəfi ətraf mühit sahəsində Polşa innovasiya texnologiyalarının transferi və texniki fikrinin qlobal şəkildə yayılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti