...

ARDNŞ Xəzərdəki yataqda ekoloji monitorinq işləri aparıb

Energetika Materials 31 Oktyabr 2013 16:01 (UTC +04:00)
ARDNŞ-nin Ekologiya İdarəsinin 2013-cü ilin iş planına uyğun olaraq, Ekoloji Monitorinq Departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən Xəzər dənizi akvatoriyasında fəaliyyət göstərən neft-qaz çıxarma idarələrinin yataqlarında ətraf mühitin vəziyyətinin monitorinqi üzrə ildə iki dəfə (qış-yay və ya yaz-payız fəsilləri) dəniz ekspedisiyası keçirilir.
ARDNŞ Xəzərdəki yataqda ekoloji monitorinq işləri aparıb

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

ARDNŞ-nin Ekologiya İdarəsinin 2013-cü ilin iş planına uyğun olaraq, Ekoloji Monitorinq Departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən Xəzər dənizi akvatoriyasında fəaliyyət göstərən neft-qaz çıxarma idarələrinin yataqlarında ətraf mühitin vəziyyətinin monitorinqi üzrə ildə iki dəfə (qış-yay və ya yaz-payız fəsilləri) dəniz ekspedisiyası keçirilir.

Trend İdarənin rəsmi saytına istinadən məlumat verir ki, monitorinqin mövsümlər üzrə aparılmasında məqsəd - su qatının stratifikasiyası dövrlərində dəniz canlılarının populyasiya sıxlığını, suyun üst, orta və alt qatlarında qida maddələrinin miqdarını öyrənməkdən ibarətdir. Tədqiqat zamanı əsas diqqət su səthinin və dəniz dibinin kimyasına və biologiyasına yönəldilir.

Sistemli şəkildə həyata keçirilən ekoloji monitorinq işlərinin davamı olaraq Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən "Azneft" İB-nin N. Nərimanov adına NQÇİ-nin "Səngəçal-Duvannı-Xərə-Zirə" yatağında ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi məqsədilə 21-25 oktyabr 2013-cü il tarixlərində "MPK-452" gəmisi vasitəsilə ekoloji monitorinq işləri həyata keçirilib.

Monitorinq müddətində Xəzər dənizinə təsir edən parametrlərin müəyyənləşdirilməsi üçün sözügedən yatağın seçilmiş stansiyalarından dəniz dibindən dib çöküntüləri, bentos nümunələri, dəniz suyundan fitoplankton və zooplankton nümunələri götürülüb, suyun üst və alt qatlarının fiziki-kimyəvi parametrləri təyin edilib.

Götürülmüş nümunələr Kompleks Tədqiqat Laboratoriyasında tədqiq edildikdən sonra alınmış nəticələrə əsasən analitik təhlillərin aparılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti