...

ARDNŞ: "Bulla-dəniz" yatağındakı qəza ətraf mühitə ciddi təsir göstərməyib

Energetika Materials 5 Noyabr 2013 14:37 (UTC +04:00)
Xəzərin Azərbaycan sektorundakı "Bulla-dəniz" yatağındakı qəza ətraf mühitə ciddi təsir göstərməyib.
ARDNŞ: "Bulla-dəniz" yatağındakı qəza ətraf mühitə ciddi təsir göstərməyib

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir E.İsmayılov/

Xəzərin Azərbaycan sektorundakı "Bulla-dəniz" yatağındakı qəza ətraf mühitə ciddi təsir göstərməyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsinin rəhbəri Azər Əliyev bildirib.

Onun sözlərinə görə, qəzadan sonra hazırlanan ekoloji tədbirlər planına uyğun olaraq, həmin zonada stansiyalar quraşdırılıb: "Həmin stansiyalarda hadisənin baş verdiyi zonada və dəniz suyunun tərkibində ölçmələr aparılıb. Aparılan ekoloji tədqiqatlar və monitorinqlərin yekunlarına görə demək olar ki, qəza əhatə zonasında dəniz suyunun tərkibinə təsir göstərməyib, havaya təsir isə çox az olub".

A.Əliyevin qeyd etdiyi kimi, quyunun yanması nəticəsində havaya müəyyən miqdarda karbon qazı tullantılarının olduğunu inkar etmək mümkün deyil. Lakin bu göstərici qlobal miqyasda son dərəcə minimal olub ki, hətta Xəzəryanı dövlətlərdə narahatlıq doğurmayıb: "Qəza nəticəsində Qazaxıstan tərəfinin müraciəti əsasında ARDNŞ hadisə zonasındakı ekoloji vəziyyətlə bağlı ətraflı məlumat təqdim edib ki, bu da müraciət edən tərəfdə suallar doğurmayıb və reallaşdırılan ekoloji tədbirlər planı onu tamamilə qane edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti