...

Fevralın 20-də Azərbaycan neftinin qiymətləri azalıb

Energetika Materials 21 Fevral 2014 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.Əliyev/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 20-də 113,33 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə günü Trend-ə verilən məlumata görə, cümə axşamı neftin qiymətləri çərşənbə gününə nisbətən 0,31 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 20-də 112,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,31 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 20-də 107,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,32 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti fevralın 20-də 109,38 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,76 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti