...

Azərbaycan neftinin qiymətləri: 24-28 fevral həftəsinin yekunları

Energetika Materials 1 Mart 2014 13:53 (UTC +04:00)
Trend-in məlumatına görə, 24-28 fevral həftəsində AZERI LT-nin qiyməti maksimum 113,65, minimum isə 112,14 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətləri: 24-28 fevral həftəsinin yekunları

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir E.İsmayılov/

Ötən həftə - 24-28 fevral tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 112,9 dollar/barel olub ki, bu da ötən həftənin göstəricisindən 0,14 dollar azdır.

Trend-in məlumatına görə, 24-28 fevral həftəsində AZERI LT-nin qiyməti maksimum 113,65, minimum isə 112,14 dollar/barel təşkil edib.

24-28 fevral həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 107,19 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,65 dollar aşağıdır.

24-28 fevral həftəsində URALS-ın qiyməti maksimum 108,13, minimum isə 106,21 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

24-28 fevral həftəsində "Brent Dated" növünün orta qiyməti 109,1 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,38 dollar azdır.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 109,62, minimum isə 108, 53 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti