Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir E.İsmayılov/
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi Azərbaycanda Novruz bayramı ilə əlaqədar martın 19-dan 27-dək gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə cümə günü Trend-ə İB-dən bildiriblər.
Azərbaycanda Novruz bayramı ilə əlaqədar martın 20-dən 27-dək qeyri-iş günü elan edilib.
"Azəriqaz"dan bildiriblər ki, bütün bayram və istirahət günlərində İB-də növbəlilik təşkil olunacaq ki, bu da istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsinə imkan yaradacaq.