...

ARDNŞ: Xəzərdə qaz-kondensat yatağının işlənməsi üçün proqram hazırlanır

Energetika Materials 13 May 2014 11:20 (UTC +04:00)
İlin sonuna Xəzərin Azərbaycan sektorunda "Abşeron" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsiumun İdarə Heyətinə yatağın işlənməsi proqramı təqdim olunacaq.
ARDNŞ: Xəzərdə qaz-kondensat yatağının işlənməsi üçün proqram hazırlanır

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir E. İsmayılov/

İlin sonuna Xəzərin Azərbaycan sektorunda "Abşeron" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsiumun İdarə Heyətinə yatağın işlənməsi proqramı təqdim olunacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda bu proqramın hazırlanması üzrə işlər aparılır.

Abdullayevin dediyi kimi, söhbət yatağın işlənməsi çərçivəsində illik hasilat və təxminən beş milyard kubmetr qazın satışından gedir.

Kəşfiyyat quyusunun qazılmasının nəticələrinə əsasən, 2011-ci ilin sentyabrında Xəzərin Azərbaycan sektorunda "Abşeron" iri qaz yatağının kəşfi elan edildi.

Yatağın potensial ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti