Azərbaycan, Bakı, 20 may /Trend/
Bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 6-cı özüldən 45 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Quyu Qirməki Altı Lay dəstəsindən 3761-3725 metr intervaldan sutkalıq 186 400 kubmetr qaz və 14 ton kondensat hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.