...

Robert Dadli: "Cənub Qaz Dəhlizi" Azərbaycanı Avropa ölkələri ilə birləşdirəcək

Energetika Materials 3 İyun 2014 13:22 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi" bu layihə çərçivəsində qaz ixracının təmin olunması yolu ilə Azərbaycanı Avropa ölkələri ilə birləşdirəcək.
Robert Dadli: "Cənub Qaz Dəhlizi" Azərbaycanı Avropa ölkələri ilə birləşdirəcək

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir S.Əliyev/

"Cənub Qaz Dəhlizi" bu layihə çərçivəsində qaz ixracının təmin olunması yolu ilə Azərbaycanı Avropa ölkələri ilə birləşdirəcək. Trend-in məlumatına görə, bu barədə BP şirkətinin rəhbəri Robert Dadli çərşənbə axşamı Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin açılışında deyib.

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" Avropanın lap ürəyini qazla təmin edəcək.

BP rəhbəri, həmçinin Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının qəbul edilməsinin əhəmiyyətini qeyd edib: "Bu, neft-qaz sənayesində qəbul edilən ən mürəkkəb qərarlardan biridir".

Onun sözlərinə görə, bu layihə çərçivəsində aparılan inşaat işlərinin genişləndirilməsi zamanı Azərbaycanda 10 mindən artıq, eləcə də "Cənub Qaz Dəhlizi"nin keçəcəyi ölkələrdə on minlərlə iş yerləri yaradılacaq.

2014-cü ildə imzalanmasının 20 ili tamam olan "Əsrin müqaviləsi"ndən danışarkən, R.Dadli qeyd edib ki, bu müqavilə sayəsində Azərbaycan yenidən dünyada qabaqcıl neft və qaz istehsalçılarının sırasına daxil oldu: "Biz "Azəri-Çıraq-Günəşli" üzrə müqavilənin imzalanmasının 20 illiyini qeyd edirik. 1994-cü ildən bəri çox şeyə nail olunub. Bu müqavilənin imzalanması BP kimi şirkətlərə və digər tərəfdaşlara, bu layihədə iştirak edən ölkələrin minlərlə vətəndaşlarına çox şeylər verdi".

O əlavə edib ki, göstərilən müqavilə ölkənin iqtisadi artımına, eləcə də Azərbaycanın iqtisadi sahədə dünyanın digər dövlətləri ilə yeni əlaqələr qurmasına yardım edir.

Dadli qeyd edib ki, 1997-ci ilin sonundan AÇG-dən 2,5 milyard barel həcmində neft hasil olunub ki, bu da böyük həcmdir: "Son 9 il ərzində Ceyhan terminalından AÇG-dən hasil olunan neftlə 2500-ə yaxın tanker yüklənib. Biz tərəfdaşlarımız ilə ölkədə sosial sahədə layihələrin reallaşdırılmasına 16 milyon dollara yaxın sərmayə qoymuşuq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti