...

BAEA: Dünyada elektrik enerjisinin istehsalında nüvə texnologiyalarından istifadəyə maraq artır

Energetika Materials 3 Oktyabr 2014 13:24 (UTC +04:00)
Yaponiyada “Fukusima” AES-da qəzadan sonra alternativ və bərpa olunan enerji mənbələrinə maraq artıb.
BAEA: Dünyada elektrik enerjisinin istehsalında nüvə texnologiyalarından istifadəyə maraq artır

Azərbaycan, Bakı 3 oktyabr /Trend, müxbir Emil İsmayılov/

Yaponiyada "Fukusima" AES-də qəzadan sonra alternativ və bərpa olunan enerji mənbələrinə maraq artıb. Bunu Tokionun Kənd Təsərrüfatı və Texnologiyalar Universitetinin nümayəndəsi Katsyaki Sato IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları" mövzusunda keçirilən "dəyirmi masa"da bildirib.

Onun sözlərinə görə, "Fukusima" AES-də qəza zəlzələ və onun ardınca yaranan sunami səbəbindən baş verdi. Nəticədə reaktorun korpusu zədələndi. Qəzadan sonra ölkə əhalisinin atom enerjisinə etimadı azaldı ki, bu da öz növbəsində alternetiv enerjinin inkişafına, o cümlədən günəş, su, külək və digər bərpa olunan enerji mənbələrindən istifadəyə marağı artırdı.

Sato deyib ki, Yaponiyada alternativ enerjinin müxtəlif istiqamətlərinin inkişafı proqramının büdcəsi 121 milyard yapon iyenidir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndəsi İvan Vinenoviç "dəyirmi masa"da deyib ki, dünyada 437 atom reaktoru mövcuddur və 30 ölkədə AES-lər fəaliyyət göstərir.

Onun sözlərinə görə, hazırda Belarus və Birləşmiş Ərəb Əmirliklərində atom reaktorları tikilir, yaxın beş il ərzində isə dünyanın daha beş ölkəsində atom reaktorları tikiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti