"Şahdəniz" çərçivəsində 9,6 milyard dollarlıq müqavilələr bağlanıb (ƏLAVƏ OLUNUB)

Energetika Materials 29 Oktyabr 2014 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Seymur Əliyev/

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi və Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi çərçivəsində indiyədək ümumi dəyəri 9,6 milyard dollar olan müqavilələr bağlanıb.

Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib.

BP şirkəti "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin operatorudur.

Onun sözlərinə görə, təkcə bu il "Şahdəniz-2" layihəsi çərçivəsində 4,5 milyard dollar xərclənib və bu vəsaitin böyük hissəsi Azərbaycandakı müqavilələrin payına düşür.

Q.Birrell əlavə edib ki, "Şahdəniz"in işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatına 2018-ci ildə başlamaq planlaşdırılır: "Və bunun üzərində işləyirik. Tikinti işləri 5 il ərzində həyata keçiriləcək və biz bu işləri vaxtında və uğurla başa çatdıracağıq".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti