...

AGRI layihəsinin texniki-iqtisadi əsaslandırılmasının yekun variantı təqdim edildi

Energetika Materials 4 Dekabr 2014 17:27 (UTC +04:00)
Böyük Britaniyanın "Penspen" mühəndis şirkəti AGRI (Azerbaijan-Georgia-Romanian Interconnector) səhmdarlarına layihənin texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) yekun variantını təqdim edib.
AGRI layihəsinin texniki-iqtisadi əsaslandırılmasının yekun variantı təqdim edildi

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir Emil İsmayılov/

Böyük Britaniyanın "Penspen" mühəndis şirkəti AGRI (Azerbaijan-Georgia-Romanian Interconnector) səhmdarlarına layihənin texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) yekun variantını təqdim edib.

Trend xəbər verir ki, bu barədə layihənin səhmdarlarından biri olan ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yaydığı məlumatda deyilir.

TİƏ-nin yekun variantının təqdimatı "AGRI LNG Project Company SRL"-in Direktorlar Şurasının Buxarestdə keçirilən iclası çərçivəsində baş tutub.

TİƏ-nin yekun variantına Şuranın iştirakçıları tərəfindən baxılıb, daha sonra 2015-ci ilin yanvar-fevral aylarında keçirilməsi planlaşdırılan səhmdarların ümumi yığıncağında baxılması üçün tövsiyə olunub.

Qeyd edək ki, AGRI-nin iştirakçıları ARDNŞ, Gürcüstan Neft və Qaz Korporasiyası, Macarıstanın MVM və Rumıniyanın "Romgaz" şirkətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti