Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir Maksim Tsurkov/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyində (İB) nə ixtisarların aparılmasını, nə də Birliyin özəlləşdirilməsini planlaşdırır.
Bu barədə Trend-ə ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məlumat verib.
Onun sözlərinə görə, bəzi KİV-lərdə İB-nin özəlləşdirilməsi haqqında yayılan məlumatlar həqiqətəuyğun deyil.