...

Azərbaycan neftinin qiymətləri: 23-27 fevral həftəsinin yekunları

Energetika Materials 28 Fevral 2015 13:09 (UTC +04:00)
Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 62,612 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətləri: 23-27 fevral həftəsinin yekunları

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir Azad Həsənli/

Ötən həftə - 23-27 fevral tarixində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 62,612 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,99 dollar/barel azdır.

Trend-in məlumatına görə, 23-27 fevral həftəsində AZERI LT-nin qiyməti maksimum 63,74, minimum isə 61,58 dollar/barel təşkil edib.

23-27 fevral həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 57,966 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 0,88 dollar/barel azdır.

23-27 fevral həftəsində URALS-ın qiyməti maksimum 58,82, minimum isə 56,9 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

23-27 fevral həftəsində "Brent Dated" növünün orta qiyməti 60,59 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftəkindən 0,27 dollar/barel çoxdur.

Ötən həftə "Brent"in maksimum qiyməti 61,99 dollar, minimum isə 59,65 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti