...

SOCAR Türkiyədə "Total"ın yanacaqdoldurma stansiyalarını almaq istəyir

Energetika Materials 29 Aprel 2015 10:26 (UTC +04:00)
Azərbaycanın Dövlət Neft Şirkəti – SOCAR Türkiyədə Fransanın “Total” şirkətinə məxsus yanacaqdoldurma stansiyalarını almaqda maraqlıdır.
SOCAR Türkiyədə "Total"ın yanacaqdoldurma stansiyalarını almaq istəyir

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR Türkiyədə Fransanın "Total" şirkətinə məxsus yanacaqdoldurma stansiyalarını almaqda maraqlıdır.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyet" qəzeti yazır.

Qəzet yazır ki, SOCAR-ın marağına səbəb aprelin 24-də "Total"ın Türkiyə bazarını tərk edəcəyi ilə bağlı verdiyi açıqlaması olub.

SOCAR-ın bu şirkətin Türkiyədəki paylarının 5,3 faizini əldə etmək niyyətində olduğu bildirilir.

Başqa detallar barədə qəzetin məlumatında qeyd olunmur.

Hazırda SOCAR Türkiyədə "Star" neft emalı zavodunun yaradılması ilə məşğuldur. Zavodun məhsulları yerli bazarda satılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti