...

Yeraltı qaz anbarlarına təbii qazın vurulması davam edir

Energetika Materials 21 May 2015 00:19 (UTC +04:00)
Mövsümün sonuna kimi qaz anbarlarına ümumilikdə 2,5 milyard kubmetr qazın vurulması proqnozlaşdırılır.
Yeraltı qaz anbarlarına təbii qazın vurulması davam edir

Azərbaycan, Bakı, 21 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə SOCAR qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifə təxirə salınmadan və yüksək keyfiyyətlə yerinə yetirilir.

Qeyd edək ki, hazırda payız-qış mövsümü üçün SOCAR-ın "Qaradağ" və "Qalmaz" qaz anbarlarına təbii qazın vurulması uğurla davam etdirilir. Bu proses mövcud qrafikə uyğun olaraq aprel ayından başlanıb və cari ilin noyabr ayında başa çatdırılacaq.

Cari il mayın 20-dək anbarlara ümumilikdə 338 milyon 754 min kubmetr qaz vurulub ki, bunun da 186 milyon 205 min kubmetri "Qalmaz", 152 milyon 549 min kubmetri isə "Qaradağ" qaz anbarlarının payına düşüb.

Mövsümün sonuna kimi qaz anbarlarına ümumilikdə 2,5 milyard kubmetr qazın vurulması proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti