...

SOCAR “Qazprom”a metanol zavoduna qaz tədarükünü həyata keçirmək üçün icazə verdi

Energetika Materials 14 İyul 2015 15:05 (UTC +04:00)
SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Rusiyanın “Qazprom” şirkətinə Azərbaycanın "AzMeCo" şirkətinin metanol istehsalı zavoduna qaz tədarükünü həyata keçirmək üçün icazə verdi.
SOCAR “Qazprom”a metanol zavoduna qaz tədarükünü həyata keçirmək üçün icazə verdi

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Maksim Tsurkov/

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Rusiyanın "Qazprom" şirkətinə Azərbaycanın "AzMeCo" şirkətinin metanol istehsalı zavoduna qaz tədarükünü həyata keçirmək üçün icazə verdi.

Trend-in məlumatına əsasən, bu barədə jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

O, qaz idxalına ehtiyac olmadığını deyib: "Qaz idxalına ehtiyacımız yoxdur, müqavilə öhdəliklərini yerinə yetiririk. İş orasındadır ki, metanol zavodu inşa edilib. Müəssisə qaz tədarükü ilə bağlı bizimlə uzunmüddətli müqavilə imzalamayıb. Buna görə zavod üçün bizim ehtiyatımız yoxdur. Bu səbəbdən "AzMeCo" şirkətinin Rusiyanın "Qazprom" şirkətindən qaz almasına etiraz etmədik. Rusiya qazının bizim boru kəmərlərimiz ilə tədarükünə icazə verən müqavilə imzalandı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti