...

"AzMeCo" və "Qazprom" Azərbaycana qaz tədarükü barədə müqavilə imzaladılar

Energetika Materials 11 Sentyabr 2015 16:40 (UTC +04:00)
Azərbaycanın "AzMeCo" şirkəti "Qazprom Eksport" MMC-dən 2 milyard kubmetrədək qazın alışına dair müqavilə imzalayıb.
"AzMeCo" və "Qazprom" Azərbaycana qaz tədarükü barədə müqavilə imzaladılar

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanın "AzMeCo" şirkəti "Qazprom Eksport" MMC-dən 2 milyard kubmetrədək qazın alışına dair müqavilə imzalayıb. Bu barədə Trend MMC-yə istinadən məlumat verir.

Müqaviləni Bakıda "Qazprom"un İdarə Heyətinin sədr müavini Aleksandr Medvedev və SOCAR-ın marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirovun iştirakı ilə "Qazprom Eksport" MMC-nin baş direktoru Yelena Burmistrova və "AzMeCo"nun Direktorlar Şurasının sədri Nizami Paşayev imzalayıblar.

Məlumatda deyilir: "Bu, ildə 2 milyard kubmetrədək qazın alqı-satqısı barədə ortamüddətli müqavilədir. Təbii qazın tədarükü Qaradağ Metanol Zavodunun qaza olan tələbatını 100 faiz təmin edəcək. Qazın yaxın vaxtlarda tədarük edilməsi planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti