...

"Neft Daşları"nda daha bir quyu təmir olunub

Energetika Materials 17 Sentyabr 2015 17:48 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2160 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
"Neft Daşları"nda daha bir quyu təmir olunub

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Neft Daşları" yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2160 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Quyu Məhsuldar Qatın X horizontuna qaytarılıb, 1275-1271 metr intervaldan qazlift üsulu ilə sutkalıq 15 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti