...

Natiq Əliyev G20 energetika nazirlərinin görüşündə iştirak edəcək

Energetika Materials 22 Sentyabr 2015 14:26 (UTC +04:00)
Dünyanın 20 ölkəsini birləşdirən G20 qrupuna Türkiyənin sədrliyi çərçivəsində İstanbulda keçiriləcək “G20 Energetika Nazirlərinin Görüşü”ndə iştirak məqsədilə Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev oktyabrın 1-də bu ölkəyə səfər edəcək.
Natiq Əliyev G20 energetika nazirlərinin görüşündə iştirak edəcək

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Dünyanın 20 ölkəsini birləşdirən G20 qrupuna Türkiyənin sədrliyi çərçivəsində İstanbulda keçiriləcək "G20 Energetika Nazirlərinin Görüşü"ndə iştirak məqsədilə Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev oktyabrın 1-də bu ölkəyə səfər edəcək.

Bu barədə Trend-ə Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"G20 Energetika Nazirlərinin Görüşü"ndə enerjiyə əlçatanlıq, mövcud bazar şərtləri ilə enerjiyə sərmayə qoyuluşu, enerji səmərəliliyi və bərpa olunan enerji məsələləri müzakirə ediləcək. Bundan başqa, görüş zamanı G20 Enerji Əməkdaşlığının Prinsipləri də qiymətləndiriləcək. Türkiyə G20 qrupuna ötən il dekabrın 1-dən sədrlik edir. Bu müddət 2015-ci il noyabrın 30-dək davam edəcək.

Türkiyənin sədrliyi dövründə dövlət başçılarının iştirakı ilə keçiriləcək zirvə toplantısında, habelə müxtəlif səpkili toplantılarda Azərbaycan da tamhüquqlu üzv kimi iştiraka dəvət alıb. Dünya iqtisadiyyatının 90%-ni, dünya ticarətinin 80%-ni və dünya əhalisinin üçdə ikisini təmsil edən G20 qrupu inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatları eyni platformada bir araya gətirir. Onun gündəliyi qlobal inkişaf, enerji səmərəliliyi, iqlim dəyişikliyi, yoxsulluğun aradan qaldırılması, ticarət, məşğulluq, qida təhlükəsizliyi və digər sahələri əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti