...

"Rosneft" Azərbaycanın qaz layihəsinə marağını saxlayır

Energetika Materials 10 Fevral 2016 17:39 (UTC +04:00)
"Rosneft" Azərbaycanda "Abşeron" qaz yatağının işlənməsi üzrə layihəyə marağını saxlayır.
"Rosneft" Azərbaycanın qaz layihəsinə marağını saxlayır

Bakı. Maksim Tsurkov - Trend:

"Rosneft" Azərbaycanda "Abşeron" qaz yatağının işlənməsi üzrə layihəyə marağını saxlayır.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Londonda "International Petroleum Week" forumunun kuluarlarında jurnalistlərə deyib.

O, qeyd edib: "Maraq var, işləyirik".

Qeyd edək ki, daha əvvəl verilən məlumata görə, "Rosneft" və SOCAR Rusiya və Azərbaycan daxil olmaqla müxtəlif ölkələrdə neft-qaz kəşfiyyatı və hasilatı üzrə layihələr sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti