...

Natiq Əliyev: Növbəti onillik Azərbaycanda bərpa olunan enerji erası olacaq

Energetika Materials 11 Mart 2016 12:28 (UTC +04:00)
Azərbaycan bərpa olunan və alternativ enerji resurslarının inkişafı istiqamətində bir sıra layihələr həyata keçirir.
Natiq Əliyev: Növbəti onillik Azərbaycanda bərpa olunan enerji erası olacaq

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərbaycan bərpa olunan və alternativ enerji resurslarının inkişafı istiqamətində bir sıra layihələr həyata keçirir. Hesab edirəm ki, növbəti onillik Azərbaycanda bərpa olunan və alternativ enerji erası olacaq".

Trend-in məlumatına görə, bunu energetika naziri Natiq Əliyev IV Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri nədir?" mövzusunda keçirilən paneldə deyib.

Nazir bildirib ki, Azərbaycan Avropa ölkələrinin bərpa olunan enerji istehsalı sahəsində təcrübəsini öyrənir: "Hər bir ölkənin özünün enerji siyasəti olmalı və ölkə daxilində mövcud olan enerji mənbələrindən istifadə edilməlidir. Azərbaycan ənənəvi olaraq neft və qaz hasil edən ölkə olub. Hətta 100 il əvvəl Azərbaycanda mexaniki üsulla neft hasil edilib. Azərbaycanın uzun illər tələbatını təmin edəcək enerji ehtiyatları var".

N.Əliyev əlavə edib ki, Azərbaycanın bərpa olunan enerji istehsalı üçün əlverişli iqlimi var: "Abşeron yarımadasında və digər yerlərdə çox vaxt hava küləkli olur, külək enerjisinin istehsalı üçün əlverişli şərait var. Azərbaycanda il ərzində günəşli günlərin də sayı çoxdur. Azərbaycanda şərait bərpa edilən enerjinin istehsalı üçün cəlbedicidir. Azərbaycan ənənəvi olaraq neft və qaz hasil edən ölkədir. Hazırda Azərbaycan İtaliya, İspaniya və digər Avropa ölkələrinin bərpa olunan enerji istehsalı sahəsində təcrübəsini öyrənir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti