...

Natiq Əliyev: Neft 2035-ci ilə kimi dominant enerji növü kimi qalacaq

Energetika Materials 11 Mart 2016 13:30 (UTC +04:00)
Dünya bazarında neftin qiyməti bir çox faktorlardan asılıdır. Burada iqtisadi, siyasi, nəqliyyat faktorları var.
Natiq Əliyev: Neft 2035-ci ilə kimi dominant enerji növü kimi qalacaq

Bakı. Elçin Mehdiyev - Trend:

"Dünya bazarında neftin qiyməti bir çox faktorlardan asılıdır. Burada iqtisadi, siyasi, nəqliyyat faktorları var". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında energetika naziri Natiq Əliyev deyib.

Nazir bildirib ki, bəzi şirkətlər neft quyularının istismarını azaldırlar: "Bu isə o deməkdir ki, gələcəkdə neft ehtiyatları azalacaq. Kimsə desə ki, mən 100 faiz bilirəm ki, sabahdan neftin qiyməti artacaq, mən buna inanmaram. Baxmayaraq ekspertlər deyirlər ki, bu kimlərəsə qarşı olan siyasi oyunlar idi, amma bu çox davam edə bilməz. Ona görə ki, neftin maya dəyəri var və qiymət maya dəyərindən aşağı ola bilməz".

Nazir əlavə edib ki, iqtisadi artım olduqca neftə və enerjiyə tələbat da artacaq: "2035-ci ilə kimi elektrik enerjisi də 35 faiz artacaq. Neft isə 2035-ci ilə kimi dominant enerji növü kimi qalacaq. Lakin tələbat artdıqca neftin qiyməti qalxacaq. Bu gün nefti tapmaq, istehsal etmək, çatdırmaq çətin məsələdir və get-gedə xərclər artır. Maya dəyəri artdıqca isə neftin qiyməti də artacaq. Son zamanlar artımı müşahidə edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti