...

SOCAR və “Uzbekneftegaz” Qarşılıqlı Anlaşma Memorandumu imzaladı

Energetika Materials 18 May 2016 16:43 (UTC +04:00)
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənddə 20-ci Özbəkistan Neft-Qaz yubiley sərgi-konfransının açılışında iştirak edib.
SOCAR və “Uzbekneftegaz” Qarşılıqlı Anlaşma Memorandumu imzaladı

Bakı. Trend:

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənddə 20-ci Özbəkistan Neft-Qaz yubiley sərgi-konfransının açılışında iştirak edib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, 26 ölkədən 200-dən çox şirkətin qatıldığı sərgidə dünyanın nüfuzlu enerji qurumları sırasında SOCAR da təmsil olunur.

Özbəkistan Baş nazirinin birinci müavini Gulomjon İbragimov və "Uzbekneftegaz" Milli Holdinq Şirkəti İdarə Heyətinin sədri Alişer Sultanovla keçirilən görüşlərdə Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişaf etdiyi qeyd olunub, enerji sektorunda əlaqələrin genişləndirilməsi perspektivləri, habelə tərəfləri maraqlandıran digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb. Özbəkistan nümayəndələri ilə görüşlər zamanı SOCAR və "Uzbekneftegaz" şirkətləri arasında potensial əməkdaşlıq imkanları dəyərləndirilib. Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə istəklərini bəyan etmiş və bu istiqamətdə konkret fəaliyyət məsələlərini nəzərdən keçiriblər.

Səfər çərçivəsində SOCAR-ın prezidenti və "Uzbekneftegaz" Milli Holdinq Şirkəti İdarə Heyətinin sədri Alişer Sultanov tərəfindən iki şirkət arasında əməkdaşlığın əsasını qoyan Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Memorandum şirkətlər arasında neft-qaz yataqlarının kəşfiyyatı, işlənilməsi və enerji sektorunun inkişafı üzrə digər potensial əməkdaşlıq sferalarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti