...

Daha bir kəndə təbii qaz verilib.

Energetika Materials 22 İyul 2016 19:44 (UTC +04:00)
İyulun 22-də Ağdaş rayonunun Ərəbocağı kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
Daha bir kəndə təbii qaz verilib.

İyulun 22-də Ağdaş rayonunun Ərəbocağı kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirdə bildirilib ki, Ərəbocağı kəndinin 194 abonentinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2345 metr olan müxtəlif diametrli polietilen və 10 904 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 194 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti