...

"AzMeCo" şirkətinin metanol zavodu SOCAR-ın mülkiyyətinə keçə bilər (YENİLƏNİB)

Energetika Materials 15 Sentyabr 2016 11:37 (UTC +04:00)
Azərbaycanın "AzMeCo" şirkətinin metanol zavodu bu ilin sonunadək SOCAR-ın mülkiyyətinə keçə bilər.
"AzMeCo" şirkətinin metanol zavodu SOCAR-ın mülkiyyətinə keçə bilər (YENİLƏNİB)

Bakı. Maksim Tsurkov – Trend:

Azərbaycanın "AzMeCo" şirkətinin metanol zavodu bu ilin sonunadək SOCAR-ın mülkiyyətinə keçə bilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.

Onun sözlərinə görə, hazırda məhkəmənin qərarı gözlənilir: "Qərara əsasən zavod borclarına görə "Aqrarkredit" bank olmayan kredit təşkilatının sərəncamına keçəcək".

S.Qasımov qeyd edib ki, bu proses davam edir: "SOCAR "Metanol zavodu" qeyri-hüquqi şəxs təsis edib və məhkəmin qərarını gözləyir. Ola bilsin ki, bu ilin sonunadək zavod SOCAR-ın strukturuna keçsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti