...

Azərbaycanda bu şirkət yenidən quruldu

Energetika Materials 7 Dekabr 2016 13:02 (UTC +04:00)
“Azərbaycan Metanol Şirkəti” (AzMeCo) yenidən yaradıldığını elan edib
Azərbaycanda bu şirkət yenidən quruldu

Bakı. Maksim Tsurkov - Trend:

“Azərbaycan Metanol Şirkəti” (AzMeCo) yenidən yaradıldığını elan edib. Trend-in Vergilər Nazirliyinin (VN) “Vergilər” qəzetinə istinadən verdiyi məlumata görə bu, “Froil” MMC və “Caspian Trade Company” MMC-nin AzMeCo-ya birləşməsi yolu ilə baş verib.

Yenidən qurulması səbəbi ilə AzMeCo “bir pəncərə” prinsipi əsasında VN-də qeydiyyatdan keçib.

Hazırda AzMeCo-nun SOCAR-ın mülkiyyətinə keçidi prosesi davam edir. Bu prosesin ilin sonunadək başa çatacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti