...

TAP "Qazprom"un Avropaya qaz nəqli barədə bəyanatını şərh edib

Energetika Materials 25 Yanvar 2017 14:00 (UTC +04:00)
Rusiyanın “Qazprom” şirkətinin Transadriatik qaz kəməri (TAP) vasitəsilə qaz nəql etmək planları Azərbaycan qazının Avropaya ixracına təsir etməyəcək
TAP "Qazprom"un Avropaya qaz nəqli barədə bəyanatını şərh edib

Bakı. Ləman Zeynalova - Trend:

Rusiyanın “Qazprom” şirkətinin Transadriatik qaz kəməri (TAP) vasitəsilə qaz nəql etmək planları Azərbaycan qazının Avropaya ixracına təsir etməyəcək.

Bunu Trend-ə TAP-ın kommunikasiya şöbəsinin rəhbəri Liza Givert deyib.

Onun sözlərinə görə, TAP Azərbaycan qazının 25 il müddətinə Avropaya nəqli üzrə öhədlik götürüb.

O deyib: “TAP “Şahdəniz-2” yatağından hasil olunan qazın nəql olunmasının tərəfdarıdır. İlkin olaraq ildə 10 milyard kubmetr qaz Yunanıstan və Albaniyadan keçməklə İtaliyaya nəql olunacaq. TAP Cənub-Şərqi Avropaya qaz tədarükünün diversifikasiyası baxımından Avropa üçün strateji əhəmiyyət daşıyır”.

Qeyd edək ki, ötən gün "Qazprom" rəhbərliyi Avropaya qaz tədarükü üçün “Poseidon” və TAP boru kəmərlərindən istifadənin mümkünlüyü barədə müzakirələrin getdiyini bildirmişdi.

Xəbər lenti

Xəbər lenti