...

Ekspert: TANAP Türkiyə və Azərbaycanı iri enerji oyunçusuna çevirib

Energetika Materials 21 İyul 2017 10:46 (UTC +04:00)
Transanadolu boru kəməri (TANAP) layihəsi Türkiyə və Azərbaycanı regionda iri enerji oyunçusuna çevirib.
Ekspert: TANAP Türkiyə və Azərbaycanı iri enerji oyunçusuna çevirib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Transanadolu boru kəməri (TANAP) layihəsi Türkiyə və Azərbaycanı regionda iri enerji oyunçusuna çevirib.

Bunu Trend-ə Türkiyənin Dumlupınar Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Hakan Arıdemir deyib.

O qeyd edib ki, bu layihənin həyata keçirilməsi Avropanın enerji təhlükəsizliyini təmin etməyə imkan verəcək:

"Avropanı təbii qazla tam təmin etmək üçün Azərbaycan qazının həcmi kifayət qədər olmasa da, şübhə yoxdur ki, qitənin Azərbaycan qazına çox ehtiyacı var. Xüsusilə Rusiya və Ukrayna arasında yaşanan qaz böhranından sonra Azərbaycan qazına tələbat artıb".

Ekspert hesab edir ki, TANAP Türkiyə üçün yalnız siyasi deyil, iqtisadi baxından da mühüm layihədir: "TANAP Türkiyə bölgələrinin inkişafına kömək edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti