Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti “SOCAR Turkey Enerji” A.Ş. və BP yeni nəsil təizlənmiş tereftal turşusunun (PTA) istehsalı üçün texnologiyanın istifadəsi barədə lisenziya sazişi imzalayıb.
Trend-in məlumatına görə, sazişə əsasən qeyd olunan avadanlıq Türkiyənin Əliağa yarımadasında istifadə olunması üçün təqdim ediləcək.
SOCAR bu texnologiya vasitəsilə ildə 900 min ton PTA istehsal etmək niyyətindədir. Bu qurğunun 2023-cü ildə yekun investisiya qərarının qəbul edilməsindən sonra işə salınması planlaşdırılır.
Qeyd edək ki, PTA tekstil və sənaye qablaşdırmasında istifadə olunan mürəkkəb poliefirlər üçün xammal kimi istifadə olunur.