...

Azərbaycan podratçıları Qazaxıstanın neft layihələrində iştirak edə bilər (ÖZƏL)

Energetika Materials 8 Mart 2018 21:30 (UTC +04:00)
Azərbaycanın neft podratçıları Qazaxıstanın “Kaşaqan” yatağının işlənməsi üzrə birgə müəssisələrdə iştirak edə bilər
Azərbaycan podratçıları Qazaxıstanın neft layihələrində iştirak edə bilər (ÖZƏL)

Bakı. Əli Mustafayev - Trend:

Azərbaycanın neft podratçıları Qazaxıstanın “Kaşaqan” yatağının işlənməsi üzrə birgə müəssisələrdə iştirak edə bilər.

Bu barədə Trend-ə Qazaxıstanın Energetika Nazirliyindəki mənbə məlumat verib.

"Qeyd etmək lazımdır ki, “Kaşaqan” yatağının mənimsənilməsində Qazaxıstan mallarının və xidmətlərinin təşviqinə xüsusi önəm verilir. Eyni zamanda, bu proses əcnəbi şirkətlər və Qazaxıstan şirkətləri arasında birgə müəssisələrin/kontsorsiumların yaradılmasını nəzərdə tutur. Bundan irəli gələrək, rəqabətə davamlı təkliflər olarsa, Azərbaycandan olan podratçılar birgə müəssisələrin həm potensial tədarükçüsü, həm də ki, iştirakçısı qismində layihəyə cəlb oluna bilər", - deyə o bildirib.

Xatırladaq ki, “Kaşaqan” yatağının mənimsənilməsi layihəsi çərçivəsində təsdiq olunmuş tender prosedurları fəaliyyət göstərir. Bu prosedurlara əsasən, istənilən tədarükçülər rəsmi internet-resursu vasitəsi ilə layihə operatoru tərəfindən həyata keçirilən tenderlərdə iştirak məqsədi ilə ilkin qiymətləndirmədən keçə bilər.

Azərbaycan ərazisi vasitəsi ilə Qazaxıstan enerqoresurslarının xarici bazarlara tranzitinə yönəlmiş iş barəsində danışarkən o qeyd edib ki, 7 dekabr 2017-ci il tarixində keçirilən ticarət -iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan birgə hökumətlərarası komissiyasının 14-cü iclasının protokoluna uyğun olaraq, Azərbaycan üzərindən Qazaxıstan neftinin və neft məhsullarının nəql edilməsi üzrə işçi qrup formalaşdırılıb.

“Hal-hazırda Qazaxıstan və Azərbaycan nümayəndələri yuxarıda qeyd olunan işçi qrupun ilk iclasının yeri və tarixi barədə məsələni müzakirə edir”,-deyə mənbə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti