...

SOCAR: Belarusa texniki baxımdan neft nəql edə bilərik

Energetika Materials 14 Yanvar 2020 19:35 (UTC +04:00)
Biz həm Azərbaycan, həm də digər ölkələrin neftini arzu edən tərəflərə texniki baxımdan nəql edə bilərik.
SOCAR: Belarusa texniki baxımdan neft nəql edə bilərik

Bakı. Ləman Zeynalova - Trend:

Biz həm Azərbaycan, həm də digər ölkələrin neftini arzu edən tərəflərə texniki baxımdan nəql edə bilərik.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

İ.Əhmədov bildirib ki, məsələ ilə bağlı danışıqlar aparılıb:

"Biz həm Azərbaycan, həm də digər ölkələrin neftini arzu edən tərəflərə texniki baxımdan nəql edə bilərik. Ancaq hələki bununla bağlı konkret bir şey yoxdur".

Qeyd edək ki, Belarusun Baş nazirinin birinci müavini Dmitri Krutoy deyib ki, ölkəsi Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Baltikyanı ölkələrə neft satın almaqla bağlı müraciət edib.

Baş nazirin müavini bildirib ki, Belarus hökuməti alternativ neft tədarükü mexanizmlərini araşdırır.

D.Krutoyun sözlərinə görə, hazırda zavodların və Belarus Neft Şirkətinin bütün xidmətləri gündəlik danışıqlar həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti