Bakı. Trend:
"Brent" markalı neftin may fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında martın 3-ü saat 05:10 üçün 7,1 faiz artaraq 53,5 dollar/barel təşkil edib.
Trend-in məlumatına görə, "WTI" markalı neftin qiyməti isə 7,5 faiz artaraq, 48,4 dollar təşkil edib.
XXX
22:25
"Brent" markalı neftin may fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında martın 2-si üçün 4,8 faiz artaraq 52,06 dollar/barel təşkil edib.
Trend-in məlumatına görə, "WTI" markalı neftin qiyməti isə 5 faiz artaraq, 47,04 dollar təşkil edib.
Qeyd edək ki, fevralın 28-i "Brent" markalı neftin qiyməti 49 dollardan, "WTI"markalı neftin isə 45 dollardan aşağı düşmüşdü.