...

BP "Şahdəniz"dən qaz hasilatını artırıb

Energetika Materials 13 Avqust 2020 14:41 (UTC +04:00)

Bakı. Trend:

İlin ilk altı ayında Şahdəniz yatağından ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 9,4 milyard standart kubmetr qaz və 1,9 milyon ton (15,4 milyon barel) kondensat hasil edilib. Ötən ilin eyni dövründə isə qaz hasilatı 8,4, kondensat hasilatı isə 2 milyon ton olub.

BP-dən Trend-ə verilən məlumata görə, bu ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə 409 milyon dollara yaxın əməliyyat xərcləri və 452 milyon dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.

Şahdənizdə iştirak payları belədir: bp (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti