Bakı. Ləman Zeynalova - Trend:
2020-ci ilin ilk 10 ayı ərzində Ukraynanın xam neft idxalında Azərbaycanın payı 62 faizi keçib.
Trend bu barədə Ukrayna Gömrük Xidmətinin hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, bu ilin yanvar-oktyabr aylarında Ukrayna neft və neft xammalı idxalını 1,05 milyon tonadək və ya 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə (438,33 min ton) artırıb.
Qeyd olunur ki, hesabat dövründə Ukrayna 344,85 milyon dollar və ya 2019-cu ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz çox xammal idxal edib.
Bu müddət ərzində Ukrayna tərəfindən Azərbaycandan 216,16 milyon dollar (62,68 faiz), ABŞ-dan 83,05 milyon dollar (24,08 faiz), Liviyadan 45,56 milyon dollar (13,21 faiz), digər ölkələrdən 0,09 milyon (0,03 faiz) həcmində xammal idxal olunub.