...

2021-ci ildə AÇG blokunda proqnozlaşdırılan hasilatın həcmi açıqlanıb

Energetika Materials 5 Yanvar 2021 16:18 (UTC +04:00)

Bakı. Fidan Babayeva - Trend:

2021-ci ildə Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunda xam neft hasilatı 171,6 milyon barelə çatacaq.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcə layihəsi barədə rəyində deyilir.

Qeyd olunur ki, 2021-ci ildə "Azəri-Çıraq-Günəşli" blokunda planlaşdırılan hasilat həcmi 2020-ci il üçün nəzərdə tutulan göstəricidən 3 milyon barel azdır və bu, neft hasilatının azaldılması ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti