...

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac artıb

Energetika Materials 19 Fevral 2021 12:45 (UTC +04:00)
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac artıb

Bakı. Fidan Babayeva, tərcümə Orxan Nəbiyev - Trend:

2021-ci il ilin yanvarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 1,607 milyard kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin yanvarı ilə müqayisədə 50 faiz çoxdur.

Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə Azərbaycandan nəql edilən qazın 45,3 faizi Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin payına düşüb.

Ötən ay Azərbaycanın magistral kəmərləri ilə 3,54 milyard kubmetr qaz nəql olunub ki, bu da 2020-ci ilin yanvarı ilə müqayisədə 11,9 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti