...

Azərbaycanda neft hasilatı 7 faizdən çox azalıb - bp

Energetika Materials 9 İyul 2021 16:21 (UTC +04:00)
Azərbaycanda neft hasilatı 7 faizdən çox azalıb - bp

Bakı. Ləman Zeynalova - Trend:

2020-ci ildə Azərbaycanda neft hasilatı 716 min barel/sutka təşkil edib. 2019-cu ildə bu rəqəm 775 min barel təşkil etmişdi.

Trend bu barədə bp şirkətinin Dünya enerjsinin statistik icmalına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, ötən il neft hasilatı 7,6 faiz azalıb.

Ümumuilikdə, 2009-cu ildən 2019-cu ilədək Azərbaycanda gündəlik neft hasilatı 2,8 faiz azalıb.

Ölkədə 2010-cu ildə 1,037 milyon barel/sutka, 2011-ci ildə 932 min barel/sutka, 2012-ci ildə 882 min barel/sutka, 2013-cü ildə 888 min barel/sutka, 2014-cü ildə 861 min barel/sutka, 2015-ci ildə 851 min barel/sutka, 2016-cı ildə 838 min barel/sutka, 2017-ci ildə 793 min barel/sutka, 2018-ci ildə 796 min barel/sutka neft hasil edilib.

2020-ci ildə Azərbaycanda neft hasilatı 35,1 milyon ton təşkil edib. 2019-cu ildə bu rəqəm 38 milyon ton təşkil etmişdi.

Qeyd olunur ki, ötən il neft hasilatı 7,9 faiz azalıb.

Ümumuilikdə, 2009-cu ildən 2019-cu ilədək Azərbaycanda xam neft və kondensat hasilatı 2,8 faiz azalıb.

Ölkədə 2010-cu ildə 51,3 milyon ton, 2011-ci ildə 46,1 milyon ton, 2012-ci ildə 43,7 milyon ton, 2013-cü ildə 43,8 milyon ton, 2014-cü ildə 42,5 milyon ton, 2015-ci ildə 42 milyon ton, 2016-cı ildə 41,4 milyon ton, 2017-ci ildə 39,1 milyon ton, 2018-ci ildə 39,2 milyon ton hasil edilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti