Bakı. Zeyni Cəfərov - Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 15-də 77,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,93 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,93 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,76 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 75,17 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,07 dollar/barel çoxdur.
Twitter: @jafarov_zeyni
(Tərcümə: Orxan Nəbiyev)