...

Alternativ enerji mənbələrinə keçid etməliyik - ICESCO-nun sabiq baş direktoru

Energetika Materials 5 Noyabr 2021 11:11 (UTC +04:00)
Alternativ enerji mənbələrinə keçid etməliyik - ICESCO-nun sabiq baş direktoru

Bakı. Humay Ağacanova - Trend

Artıq digər alternativ enerji mənbələrinə keçid etməliyik.

Trend-in məlumatına görə bunu “COVID-19- dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumda “İqlim dəyişikliyinə qarşı mübarizə və qlobal enerji ehtiyaclarını qarşılamaq:hər ikisini necə edə bilərik?” mövzusunda paneldə çıxış edən ICESCO-nun sabiq baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib.

O qeyd edib ki, iqlim dəyişikliyi enerji ilə sıx əlaqəlidir:

"Energetika sahəsi iqlim dəyişikliyinə çox böyük təsir göstərir. Belə ifrat dərəcədə hasilatların olması ekologiyaya zərər vurur. Biz bu ziyanın qarşısını necə ala bilərik? Əlbəttə ki təbii yanacaqdan yan keçmək xəyal kimi görünə bilər, lakin artıq digər alternativ enerji mənbələrinə keçid etməliyik. İnsanlar cəmiyyət halında təbiətin, ekologiyanın qorunmasında iştirak etməlidirlər".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti