...

2023-cü ildə Azərbaycan Avro-5 standartlı benzin istehsalına başlayacaq

Energetika Materials 29 Noyabr 2021 11:04 (UTC +04:00)
2023-cü ildə Azərbaycan Avro-5 standartlı benzin istehsalına başlayacaq

Bakı. Trend:

2023-cü ildə SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda Avro-5 standartına cavab verən AI-92 və AI-95 benzinlerinin istehsalı üçün tələb olunan müvafiq yeni qurğuların istismara verilməsi nəzərdə tutulur.

SOCAR-dan Trend-ə verilən məlumata görə, Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernizasiyası layihəsi çərçivəsində yaxın iki ay ərzində 4 yeni qurğuda istismara hazırlıq işləri başlayacaq. Yeni məşəl təsərrüfatı, buxar istehsalı və suyun deminerallaşdırılması qurğuları, yeni susoyutma qurğusu və müvafiq infrastrukturların işə salınması yeni əsas emal qurğularının istehsala başlaması üçün tələb olunan yanacaq təminatına imkan verəcək və su/buxar kimi yardımcı xidmətləri təmin edəcəkdir. Məşəl təsərrüfatı fövqəladə hallarda təhlükəsizliyi təmin etmək üçün karbohidrogen maddələrinin sistemdən boşaldılması məqsədi ilə istifadə ediləcək.

2020-2021-ci illərdə tikinti sektorunda mövcud məhdudiyyətlərə və təklif sıxlığına baxmayaraq, görülən tədbir/ər nəticəsində layihənin icrasında əhəmiyyətli irəliləyiş (2021 -ci ilin əvvəlindən 25%, pandemiya dövründə isə təqribən 45%) əldə edilmişdir. Ümumilikdə, cari ilin oktyabr ay»n/n sonunadək layihənin hazırkı mərhələsi üzrə ümumi irəliləyiş 85%-dən yüksək olmuşdur. Cari ilin sonunadək layihənin hazırkı mərhələsi üzrə yenidənqurma işlerinin 90%-nin tamamlanması gözlənilir. Hazırda NEZ-də istismara hazırlıq və sazlama işlərinə başlanıb, eyni zamanda 2022-ci ildə zavodda aparılacaq əsaslı və dövri təmir işlərinə fəal hazırlıq görülür.

Növbəti addım olaraq, digər köməkçi qurğuların - yeni hidrogen istehsalı qurğusu, hidrogen zənginləşdirmə qurğusu, turş suların təmizlənməsi qurğusu, kükürd istehsalı qurğusu və son olaraq, dizelin hidrotəmizləmə qurğusunun işə salınması ilə NEZ-də artıq Avro-5 standartlarına uyğun dizel yanacağının istehsalına başlanılacaqdır. Avro-5 dizel istehsalı üzrə işlərin 2022-ci ilin ortalarında başa çatdırılması və əsas qurğuların da həmin vaxt işə salınması planlaşdırılır. Növbəti bir il ərzində isə daha keyfiyyətli AI-92 benzinin istehsalı və nəhayət Avro-5 standartına cavab verən AI-92 və AI-95 benzinlerinin istehsalı üçün tələb olunan müvafiq yeni qurğuların istismara verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, pərakəndə satışa çıxarılan yanacaq enerji təhlükəsizliyinin təmin olunması üçün adətən əvvəlcədən istehsal olunur və yanacaqdoldurma şəbəkələri tərəfindən tədarük edilərək, tədricən reallaşdırılır Odur ki, yanacaqdoldurma məntəqələrində əwəlki dövrdə istehsal olunmuş yanacağın tükənməsi və yeni keyfiyyət standartına uyğun istehsal olunan yanacaqla tam əvəzlənməsi tədricən gercəkləşəcək. Bu proses Avro-5 standartına cavab verən yanacaq istehsalının başlanmasından sonra bir neçə ay davam edə bilər.

2020-ci ildən NEZ-in modernizasiyası, layihənin daha səmərəli idarə olunması məqsədi ilə SOCAR Downstream şirkətinə həvalə olunub. Beynəlxaq məsləhətçilərin iştiraki ilə inteqrasiya olunmuş layihə komandası yaradılıb və 'ayihənin idarəedilməsinə yüksək ixtisaslı mütəxəssislər cəlb olunub. SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanı AI-92, dizel və təyyarə yanacağı kimi mühüm yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. NEZ-in istehsal səmərəliliyinin artırılması, ölkənin Avro-5 standartına uyğun olan yüksək keyfiyyətli yanacaq növləri ilə təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti