...

"OPEC plus" ölkələrinin növbəti iclasının vaxtı açıqlandı

Energetika Materials 4 Yanvar 2022 18:25 (UTC +04:00)
"OPEC plus" ölkələrinin növbəti iclasının vaxtı açıqlandı

Bakı. Trend:

"OPEC plus" ölkələri nazirlərinin növbəti iclası fevralın 2-si baş tutacaq.

Trend-in məlumatına görə, bu barədə "TASS" mənbələrə istinadən xəbər verir.

"Görüş fevralın 2-nə təyin edilib", - deyə mənbə bildirib.

Məlumata əsasən, görüşdə nazirlər mart ayı üçün neft hasilatı planı müzakirə edəcəklər.

Xatırladaq ki, bir qədər əvvəl "OPEC plus" nazirləri fevralda neft hasilatının gündəlik 400 min barel artırılması planını saxlamaq qərarına gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti