...

Gürcüstan Azərbaycandan təbii qaz tədarükünə sadiqdir - Nazir

Energetika Materials 30 Mart 2022 10:56 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan əvvəlki kimi Azərbaycandan təbii qaz tədarükünə sadiqdir.

Trend-in Gürcüstan KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstan təbii qaz tədarükü şərtlərinin pisləşməsi və ya qiymətlərin qeyri-stabilliyini gözləmir.

"Biz tərəfdaşlarımızla uzunmüddətli perspektivdə əməkdaşlığa ümid edirik. Gürcüstan özünün başlıca tədarükçüsü olan Azərbaycana hörmətlə yanaşır və əvvəlki kimi uzunmüddətli, sabit müqavilələrə sadiqdir", - deyə nazir bildirib.

Nazir əlavə edib ki, Gürcüstanla Azərbaycanın əməkdaşlığı uzunmüddətli və strateji olacaq.

"Hesab edirik ki, iki dost ölkə arasında düzgün ünsiyyət təqdirində biz Gürcüstana təbii qaz tədarüklərini problemsiz təmin edə biləcəyik", - L.Davitaşvili deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti